Monrealda 6 nəfər istidən ölüb
Ölənlərin əksəriyyəti tənha yaşayan və xroniki xəstəliklərdən əziyyət çəkən, yaxud psixoloji problemləri olanlardır. İstidən dünyasını dəyişən 6 kanadalının heç birinin kondisioneri olmayıb və onların hamısı çoxmənzilli evlərdə yaşayıblar.
Qeyd edək ki, Monrealda havanın temperaturu 35 dərəcə istini keçib və nəticədə təcili yardım xidmətinə gələn zənglərin sayı artıb. Şəhər rəhbərliyi vətəndaşları yaranan vəziyyətə və isti hava şəraitinə ciddi yanaşmağa çağırıb.
Xatırladaq ki, 2010-cu ilin kəskin istilərində Monrealda 106 nəfər dünyasını dəyişmişdi.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


