"Deyirlər ki, İran hər yerdən getməlidir" - Lavrov

"Deyirlər ki, İran hər yerdən getməlidir" - Lavrov
  04 İyul 2018    Oxunub:4747
Suriya böhranın regionun açar dövlətlərinin iştirakı olmadan həll edilə biləcəyi real deyil.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İordaniyalı həmkarı Ayman əs-Səfadi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Suriyanın cənubundakı təhlükəszilik zonaları ilə bağlı İordaniya ilə dialoqu davam etdirəcəklərini bildirən Lavrov, həmin ərazilər üzrə Rusiya, ABŞ və İordaniya arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi və terror təşkilatlar ilə mübarizənin vacibliyini vurğulayıb.

Rusiyanın Suriyanın cənubundakı öhdəliklərini icra etdiyini xatırladan Lavrov, İran qüvvələrinin Suriyadan çıxarılacağına dair səslənən iddialara da cavab verib. “İranın Suriyadan çıxması və regionda öz rolunu dayandırması tamamilə real deyil və bu, təkcə Suriya üçün proqnozlaşdırılmır, bütün regiona şamil edilir. Deyirlər ki, İran hər yerdən getməli və öz sərhədlərinə qapanmalıdır. Yalnız bu halda hər yerə firavanlıq gələcək. Lakin İran da daxil olmaqla, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və bir çox digər açar ölkələrin iştirakı olmadan regiondakı problemlərin həll edilməyəcəyi aydındır”, - deyə Lavrov qeyd edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Rusiya   İran   İordaniya  





Xəbər lenti