Fərhad Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Ziyarətdən sonra jurnalistlərə açıqlama verən sabiq nazir Fərhad Əliyevhəbsdə olanlar azadlığın qədrini daha yaxşı bildiyini söyləyib: “Çox şükür biz indi azadıq. Mənimlə bərabər 153 nəfər də azad olunub, onları da təbrik edirəm. Mənim üçün bu gün ikiqat bayramdır. Həbsdən azad olunmağıma köməklik göstərən hər kəsə və əfv sərəncamı imzalayan prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Fərhad Əliyev əfv olunandan sonra vəzifəyə təyinə oluna biləcəyi ehtimalına da münasibət bildirib. O deyib ki, hakimiyyətdən heç bir vəzifə gözləmir: “Çünki bu, gözləməklə deyil. Amma bundan sonra planlarım var və harada fəaliyyət göstərməyimdən asılı olmayaraq, Azərbaycan xalqına, dövlətinə xidmət edəcəyəm”.
Teqlər: