Sarkisyanın qardaşının evində 8 saat axtarış aparılıb - VİDEO

Sarkisyanın qardaşının evində 8 saat axtarış aparılıb - VİDEO
  05 İyul 2018    Oxunub:4659
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın evində 8 saata yaxın axtarış aparıblar.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, axtarış əməliyyatı başa çatdıqdan sonra MTX əməkdaşları Aleksandr və onun oğlu Ayk Sarkisyanı ərazidən aparıblar.
Avtomobilə əyləşən Aleksandr jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə MTX hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu sabiq prezident Serj Sarkiyanın qardaşı oğluna qarşı cinayət işini bərpa edib. Ayk Sarkisyan insan həyatına qəsd cəhdində ittiham edilir. Bundan öncəki axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Aleksnadr Sarkisyanın evində silah aşkarlayıblar. Nəticədə o, 25 iyunda qanunsuz silah saxlamaqda şübhəli bilinərək tutulub. Lakin onun saxladığı silahın qanuni olduğu bilinəndən sonra Aleksandr azadlığa buraxılıb.

Serj sarkisyanın digər qardaşı Levon Sarkisyan, onun oğlu və qızı da gəlir bəyannaməsindən yayınmaqda və qanunsuz şəkildə varlanmaqda təqsirli bilinirlər. Onlara Ermənistanı tərk etməmək barədə göstəriş verilib.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   MTX  





Xəbər lenti