DİN: `Milli Şuraya mitinq üçün icazə verilməməsini istəyə bilərik`
Məlumdur ki, özünü Milli Şura adlandıran qurumun istər seçkidən öncə, istərsə də seçkidən sonra mitinq keçirmək üçün müraciətlərinə hakimiyyət orqanları tərəfindən müsbət cavab verilib. Görünür, razılaşdırılmış aksiya bunların ürəyincə deyil. Çox güman ki, bunlar "hakimiyyət mitinq keçirməyə imkan vermir" - deyərək, paytaxtda qəsdən asayişin və vətəndaşlarımızın təhlükəsizliyinin pozulmasına rəvac verən hərəkətlər törətmək, bununla da polisi təxribata çəkərək, Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna xələl gətirmək və özlərinin guya "zorakılığa məruz qalan demokratlar" olmaları barədə rəy yaratmağa cəhd göstərirlər.
Belə davam edərsə, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini də nəzərə alan DİN ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı təmin edilməsi məqsədi ilə BŞİH qarşısında vəsatət qaldıra bilər ki, bundan sonra onların mitinq, yürüş keçirmək barədə müraciətləri ilə razılaşmasın. Bir daha bildirirəm ki, belə vəsatət yalnız ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edərdi".
Qeyd edək ki, oktyabrın 12-də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda müxalifətin bir hissəsini təmsil edən Milli Şura seçkilərin nəticələrinə etiraz məqsədilə BŞİH ilə razılaşdırılmış mitinq təşkil edilib. Mitinqdən sonra bir qrup gənc polis idarəsinə aparılıb. Baş verən hadisə ilə bağlı Milli Şura bəyanat yayıb.