İŞİD liderinin oğlu öldürülüb
İraq kəşfiyyatının məlumatına əsasən, əl-Bədri və İŞİD-in daha 30 nəfər səhra komandiri iyulun 2-də Suriyanın Homs şəhərindəki terrorçu mağaralara Rusiyanın endirdiyi hava zərbələri zamanı ölüblər. Rusiya Müdafiə Nazirliyi isə yayılan xəbərləri hələ ki şərh etmir.
Bundan əvvəl isə “Reuters” xəbər vermişdi ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin oğlu Suriya hökumət qüvvələrinin Homsdakı istilik elektrik stansiyasında keçirdiyi əməliyyat zamanı məhv edilib.
Leyla Elbrusqızı
AzVision.az