ABŞ bu ölkəyə hərbi hücuma hazırlaşır
AzVision.az “Televisa” telekanalına istinadən xəbər verir ki, bu barədə Maduro hərbçilər önündə çıxışı zamanı deyib.
Xatırladaq ki, bundan əvvəl “Associated Press” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən xəbər vermişdi ki, ötən il Karakasa qarşı sanksiyaların tətbiqi ilə bağlı görüşdə prezident Donald Tramp öz köməkçisindən Venesuelaya hərbi müdaxilənin mümkünlüyü ilə bağlı maraqlanıb.
Bu manada, “Televisa” telekanalı bildirib ki, Maduro yayılan xəbərlər və ABŞ müdaxiləsinin mümkünlüyünə dair onun iddialarının heç də təsadüfi olmadığını düşünür.
“Bu, təsadüf deyil. Venesuela müxalifətinin Ağ Evə səfərindən sonra Tramp müdaxilə barədə danışmağa başlayıb. Neft ehtiyatlarını ələ keçirmək üçün Vaşinqton Venesuelaya hərbi müdaxilə etməyi planlaşdırır”, – deyə Maduro bəyan edib.
Leyla Elbrusqızı
AzVision.az