Rus diplomatlardan Gümrüyə kritik səfər

Rus diplomatlardan Gümrüyə kritik səfər
  05 İyul 2018    Oxunub:5035
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin rəhbərliyi altındakı rus diplomatlarından ibarət nümayəndə heyəti Gümrüdə yerləşən 102-ci hərbi bazaya səfər edərək, oradakı vəziyyətə baxış keçirib.
AzVision.az bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsi məlumat yayıb.

Diplomatik korpusun nümayəndələrini 102-cı hərbi bazanın komandiri, polkovnik Vladimir Yelkanov qarşılayaraq, diplomatları baza haqqında, onun strukturu və hərbi-texniki tərkibi, rus hərbçilərinin xidmət şəraiti barədə məlumatlandırıb.

Qeyd edək ki, bu səfərin erməni və rus mediasında baş nazir Nikol Paşinyanın rus qoşunlarını Ermənistan-Türkiyə sərhəddindən çıxaracağı və ölkə sərhədlərinə nəzarəti daxili qoşunlara həvalə edəcəyi ilə bağlı yayılan məlumatlardan sonra gerçəkləşdirilməsi diqqət çəkib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Gümrü   102-cihərbibaza  



Xəbər lenti