Süleyman şah türbəsi bərpa ediləcək

Süleyman şah türbəsi bərpa ediləcək
  06 İyul 2018    Oxunub:4144
PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan sonra Süleyman şah türbəsi bərpa olunacaq.
Türkiyə KİV-lərinin məlumatına görə, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsini də öz üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.

Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndində yerləşir. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə ərazidir.

Xatırladaq ki, 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə İŞİD-in nəzarətinə keçib.

AzVision.az


Teqlər: Türkiyə   Süleyman-Şah   Türbə  





Xəbər lenti