Fazil Mustafa: `Hakimiyyətlə yumruqla danışmaq olmaz`

Fazil Mustafa: `Hakimiyyətlə yumruqla danışmaq olmaz`
  16 Oktyabr 2013    Oxunub:1119
“Müxalifətin düşüncəsi dəyişməlidir. Hakimiyyətlə yumruqla danışmaq olmaz”.
Bunu AzVision.az-a Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa seçkidən sonrakı vəziyyəti dəyərləndirərkən deyib.

“Müxalifət dərk etməlidir ki, hər şey zorla həll edilməməlidir. Artıq müəyyən stimullaşdırıcı addımlar atmağın vaxtıdır. Müxalifət bunu bacarmır. Saxta impulsları dəyişmək lazımdır. Cəmiyyət qışqırığın , pafosun dalınca getməyəcək. Azərbaycan cəmiyyəti obyektivliyin arxasınca gedəcək. Mən aldatmaqdan imtina edirəm.” –deyə F. Mustafa bu mövqeyinə görə bəzən müxalifət nümayəndələri tərəfindən qınaq obyektinə çevrildiyini bildirdi.

“Azərbaycanın gələcəyi ilə bağlı ümidsizliyə qapılmağa dəyməz” deyən millət vəkili hər şeydən əvvəl müxalifəti müxalifətçilik anlayışında dəyişikliklər etməyə çağırıb.
“Hazırki müxalifətdə olan bəzi qüvvələr öz üslubu dəyişmək istəmədikcə öləziyə -öləziyə sıradan çıxmağa məhkumdurlar”.

F. Mustafa müxalifətin oktyabrın 12-də keçirdiyi mitinqinə münasibət bildirdi. Onun fikrincə mitinq müxalifətə faydalı siyasət üçün deyil, sadəcə ürək boşaltmaq üçün lazımdır.
“Evin içində güzgünün qarşısında durursan, Hitler kimi bir saat çıxış edirsən. Sizə bu lazımdır, ya kütlənin orada sizi alqışlamağı?”

Fazil Mustafa müxalifətə bir qrup narazı insanların dəstəyi ilə hakimiyyətə gəlməyə çalışmamağı məsləhət görüb və 90-ci illərin əvvələrindəki kimi uğursuzluğa düçar olduqlarını xatırladaraq ”dalana dirəndiklərini” və yanlış yolda olduqlarını etiraf etməyə çağırıb.

Seçkidə saxtakarlığa gəlincə Fazil Mustafa iqtidarın qalib gəlmə şansının onsuz da çox olduğunu və seçkini saxtalaşdırmaq üçün heç bir səbəbi olmadığını qeyd etdi.

Millət vəkili həmçinin seçkidən sonra istefa edənlərə də səsləndi:

“ Bu istefalar bilirsiniz nəyə oxşayır, okeana girən adam deyir ki, mən bilməzdim okean dərindir, amma okean dərin olduğuna görə istefa verdim”.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti