Paşinyan siyasi diskriminasiya yolunu seçib
Sabiq prezident Serj Sarkisyanın qardaşı Aleksandrın evində axtarış keçirilməsinə gəlincə, Baqdasaryan qeyd edib ki, qoy hər şeyi hüquq-mühafizə orqanları qiymətləndirsin. Amma baş verənlərin hamısını Respublikaçılar partiyasının ayağına yazmasınlar.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan Ermənistanın əvvəlki hökumətinin üzvləri və onların fəaliyyətinə qarşı silsilə istintaqlar başladıb. Milli təhlükəsizlik xidməti və istintaq komitəsi dövlət vəsaitlərinin küllü miqdarda mənimsənilməsi, vergidən yayınma və vəzifədən sui-istifadə hallarilə bağlı cinayət işləri açıb. Həmçinin, sabiq prezident Serj Sarkisyanın yaxın ətrafı, o cümlədən ailə üzvləri çirkli pulların yuyulması və qanunsuz silah saxlamaqda şübhəli bilinərək, onlara qarşı yoxlama əməliyyatları həyata keçirilib. Onun qardaşı oğlu isə insan həyatına qəsdə cəhddə ittiham olunur.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan seçki diskriminasiya