Gürcüstan prezidentinin kürəkəni güllələnib

Gürcüstan prezidentinin kürəkəni güllələnib
  06 İyul 2018    Oxunub:3003
Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqocuri silahlı hücuma məruz qalıb.
AzVision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ayağından 4 güllə yarası alan M.Qoqocurinin vəziyyəti stabildir.

Yerləşdirildiyi xəstəxanadan bildirilib ki, güllələr onun bud və ayaq hissələrinə dəyib. Cərrahi və travmatoloji briqada əməliyyat aparıb. Arterial damarlarda zədələnmə yoxdur.

Mindiya Qoqocurinin kim tərəfindən vurulduğu isə bəlli deyil. Onun dindirilməsi isə reanimasiyadan palataya köçürülməsindən sonra mümkün olacaq.

Faktla bağlı istintaq başlanılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Gürcüstan   Maqrelaşvili  



Xəbər lenti