"Putinlə görüşə tamamilə hazıram" - Tramp
“Bilirsinizmi? Putinlə bağlı hər şey qaydasındadır. O yaxşıdır və biz hamımız yaxşıyıq... Mən Putinlə görüşə tamamilə hazıram. Bütün həyatım boyu buna hazır idim.” – deyə Tramp vurğulayıb. Həmçinin bildirib ki, Rusiya və Çinlə, həmçinin başqa dövlətlərlə yola getmək yaxşı şeydir və Putinlə qarşıdakı görüşdə də hər şey yaxşı olacaq.
Xatırladaq ki, Trampla Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


