"Xəzər artıq fəlakətin astanasındadır" - Abdulatipov
Bildirib ki, “Sovet ittifaqının dağılmasilə bir sıra müstəqil dövlətlər yarandı və 5 ölkə (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran –red.) Xəzər dənizinə sərbəst çıxış əldə etdi. Bununla da, Xəzər dənizinin hüququ statusu ilə bağlı mübahisələr yarandı. Bu mübahisələri həll etmək və Xəzərin hüquqi statusunu müəyyənləşdirmək üçün artıq 25 ildən çoxdur ki, müzakirələr davam etdirilir və nəhayət, diplomatlarımızın qeyd etdiyi kimi, biz bütün tərəflərin razılığa gələ biləcəyi məqama yaxınlaşırıq. Ona görə də, tamamilə mümkündür ki, bu il Astanada keçiriləcək sammitdə Xəzəryanı dövlətlərin başçıları tərəfindən Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasına nail olaq.”
Abdulatipovun fikrincə, bu sənəd olmadan Xəzərdə aktiv iqtisadi əməkdaşlıqdan danışmaq olduqca çətindir. Çünki Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində gecikmənin davam etməsi ekoloji problemlərin ağırlaşmasına gətirib çıxaracaq. "Bir sıra istiqamətlər üzrə Xəzər artıq fəlakətin astanasındadır. Xəzər dənizinin qorunub saxlanmasına dair bir neçə il öncə imzalanmış Tehran Konvensiyası isə o qədər də effektiv işləmir". – deyə Abdulatipov bildirib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Xəzər Konvensiya







Vaxtında, Aydın, Lazımlı!


