Hüseyn Əlixanov: Bu günədək əfvlə əlaqədar 5683 nəfər buraxılıb

Hüseyn Əlixanov: Bu günədək əfvlə əlaqədar 5683 nəfər buraxılıb
  15 Oktyabr 2013    Oxunub:4137
İndiyədək əfvlə bağlı imzalanmış fərman və sərəncamlarla 5683 şəxs azadlığa buraxılıb.
1995-ci ildən bu günədək Azərbaycanda əfvlə bağlı imzalanmış fərman və sərəncamlara əsasən 5683 nəfər azadlığa buraxılıb.

Azvsison.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Penitensiar Xidmətin rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.

H.Əlixanov bildirib ki, Prezident İlham Əliyevin oktyabrın 14-də imzaladığı Sərəncamla 153 nəfər əfv olunub.

O deyib ki, Azərbaycanda mütəmadi olaraq əfv sərəncamları imzalanır. Sonuncu əfv Sərəncamı isə Qurban bayramına təsadüf etdiyindən xüsusi sevinclə qarşılanır. Bu Sərəncam daha çox insana şamil edildi.

H.Əlixanov xatırlatdı ki, bu yaxınlarda təxminən üç minə yaxın məhkum Amnistiya aktı ilə azad edilib. Yeddi minə yaxın şəxs isə digər cəza növlərindən azad olunub, və ya cəzaları azaldılıb.

Penitensiar Xidmətin rəis müavini bildirdi ki, Azərbaycanda əfv aktının tətbiqi çox obyektiv şəkildə həyata keçirilir. Əfv Sərəncamı bir qayda olaraq cəzaçəkmə müəssisələrində öz nümunəvi davranışları ilə fərqlənən, gələcəkdə cinayət törətmə ehtimalları minimum olan, həqiqətən islah olunmuş məhkumlara şamil edilir.


Teqlər:





Xəbər lenti