İranla nüvə sazişini xilas edə bilməyəcəyik - Fransadan etiraf

 İranla nüvə sazişini xilas edə bilməyəcəyik - Fransadan etiraf
  06 İyul 2018    Oxunub:3379
Avropa ölkələri çətin ki, noyabradək İranla olan nüvə sazişini xilas etmək üçün iqtisadi həll paketi hazırlasınlar.
AzVision.az xəbər verir ki, bu barədə Fransa xarici işləri naziri Jan-İv Le Drian bəyan edib.

Bununla belə, fransalı nazir Tehranı nüvə sazişindən çıxacaqlarilə bağlı təhdidlərinə son qoymağa çağırıb. “Həll yolu tapmağımız və İranın lazımi iqtisadi kompensasiyalar alması üçün onlar təhdidlərini dayandırmalıdır” – deyə Le Drian vurğulayıb.

Onun sözlərinə görə, Avropanın iri dövlətləri, həmçinin Rusiya və Çin ABŞ-ın İrana qarşı planlaşdırdığı sərt sanksiyalarının yumşaldılması üçün maliyyə mexanizmi hazırlanması üzərində işləyirlər: “Biz avqustun əvvəlində, həmin sanksiyalar tətbiq edilməzdən öncə bunu etməyə çalışırıq. Yəqin ki, avqustadək buna nail ola bilməyəcəyik, amma heç olmasa noyabradək çatdırmağa çalışırıq.”

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani Avropa ölkələrinin sadəcə ümumi sözlərlə vəd verdiyini və təqdim edilən zəmanət paketində nüvə sazişi üzrə əməkdaşlığın davam etdirilməsi üçün konkret yol xəritəsinin olmadığını bildirib. Ruhani vurğulayıb ki, əgər işlər bu şəkildə davam edərsə, Avropa İttifaqı ilə aparılan nüvə danışıqları yaxın zamanda dayandırılacaq və Tehran da nüvə razılaşmasından çıxacaq.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Avropa   ABŞ   nüvə   sanksiya  





Xəbər lenti