Milli Şuranın təmsilçiləri seçkilərin gedişindən razı qalıb

Milli Şuranın təmsilçiləri seçkilərin gedişindən razı qalıb
  15 Oktyabr 2013    Oxunub:1023
2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı "Demokratik qüvvələrin Milli Şurası" seçicilərin təşəbbüs qrupunun namizədi Cəmil Həsənlinin 70 saylı Masallı şəhər seçki dairəsindəki məntəqə seçki komissiyalarına təyin etdiyi 5 məşvərətçi səshüquqlu üzv və 6 müşahidəçi bəyanatla çıxış edib.
AzVison.az Trend-ə istinadən xəbər verir ki, bəyanatın müəllifləri bildirirlər ki, seçki məntəqələrində səhərdən axşamadək səsvermənin gedişini izləmiş, istər səsvermənin gedişində, istərsə də səslərin sayılması prosesində heç bir qanun pozuntusu ilə qarşılaşmamışlar. Seçkilərin nəticələrindən razı qaldıqlarını bildirən həmin şəxslər səslər sayıldıqdan sonra seçki məntəqəsinin yekun protokolunun tərtib edildiyini və protokolların təsdiq edilmiş surətinin müşahidəçilərə, namizədlərin səlahiyyətli nümayəndələrinə və məşvərətçi səshüquqlu üzvlərinə verildiyini qeyd edirlər.

Seçkilərin tam şəffaf və demokratik şəraitdə keçdiyini vurğulayan bəyanat müəllifləri bütün prosesin Seçki Məcəlləsinin tələblərinə uyğin keçdiyini bəyan edirlər.
Bundan əlavə, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 16 saylı məntəqəsində Cəmil Həsənli tərəfindən təyin olunmuş müşahidəçi də oxşar məzmunlu bəyantla çıxış edib.

Bəyanat müəllifləri bizə ünvanladıqları bəyanatın surətlərini Mərkəzi Seçki Komissiyasına da göndəriblər. Qeyd olunan bəyanat aşağıdakı şəxslər tərəfindən göndərilib:

1. Əliyev Vasif Aqquş oğlu - 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 16 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş müşahidəçi

2. Mirzev Zahir Əbülfət oğlu -70 saylı Masallı şəhər seçki dairəsinin 3 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş məşvərətçi səshüquqlu üzv

3. Mənsimov Cabir - 70 saylı Masallı şəhər seçki dairəsinin 14 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş müşahidəçi
4. Cəfərov Bəhruz Balamirzə oğlu- 70 saylı Masallı şəhər seçki dairəsinin 16 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş müşahidəçi

5. Gülverdiyev Əlövsət Şıxverdi oğlu - 70 saylı Masallı şəhər seçki dairəsinin 20 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş müşahidəçi

6. Rüstəmov Abbas Həbib oğlu - 70 saylı Masallı şəhər seçki dairəsinin 20 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş məşvərətçi səs hüquqlu üzv

7. Fətullayev Mahal Xaliq oğlu- 70 saylı Masallı şəhər seçki dairəsinin 30 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş məşvərətçi səshüquqlu üzv

8. Ağayev Emil Əliqismət oğlu- 70 saylı Masallı şəhər seçki dairəsinin 31 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş məşvərətçi səshüquqlu üzv

9. Eminov Səid Əlibala oğlu - 70 saylı Masallı şəhər seçki dairəsinin 32 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş müşahidəçi

10. Novruzov Yadigar Rəhmət oğlu - 70 saylı Masallı şəhər seçki dairəsinin 37 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş məşvərətçi səshüquqlu üzv

11. Rzayev Məqsəd Qardaş oğlu - 70 saylı Masallı şəhər seçki dairəsinin 37 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş müşahidəçi

12. Həsənov Ülvü Həsən oğlu - 70 saylı Masallı şəhər seçki dairəsinin 41 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş məşvərətçi səshüquqlu üzv.


Teqlər:  





Xəbər lenti