Yaponiyada ölənlərin sayı 38-ə çatıb - (Yenilənib)

Yaponiyada ölənlərin sayı 38-ə çatıb - (Yenilənib)
  07 İyul 2018    Oxunub:5019
Yaponiyanın cənub-qərbində 1 həftədir davam edən aramsız yağışların əmələ gətirdiyi leysan nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. 50 nəfərdən çox insan isə itkin düşüb. 4 nəfərin vəziyyəti isə ağırdır.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilib ki, Yaponiyanın cənub-qərbindəki Hirosima, Okayama, Yamaquti və Ehime prefekturalarında leysan torpaq sürüşmələrinə səbəb olub. Hazırda 1,6 milyondan çox insanın evakuasiya olunmasilə bağlı hökumət göstəriş verib.

İtkin düşənlərin axtarışına və xilasetmə əməliyyatlarına 48 min polis, xüsusi xilasetmə xidməti və özünümüdafiə qüvvələri cəlb olunub.

***
Yaponiyanın cənub-qərbində 1 həftədir davam edən aramsız yağışlar Hirosima, Okayama, Yamaquti və Ehime prefekturalarında torpaq sürüşmələrinə səbəb olub. Nəticədə azı 17 nəfər dünyasının dəyişib, 50 nəfərdən çox insan isə itkin düşüb.

AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, hazırda xilasetmə xidməti və özünümüdafiə qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.

Ölən insanların leysanın yaratdığı torpaq sürüşmələri nəticəsində əsasən öz evlərinin dağıntıları altında qaldıqları bildirilir. Yaponiya hökuməti yeni sürüşmələrin olacağı barədə xəbərdarlıq və 3 milyondan çox insanın təxliyəsi barədə tövsiyə verib.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yaponiya   Faciə  





Xəbər lenti