Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan "Shant" telekanalına müsahibəsində deyib.
Erməni nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin dinamikliyini qoruyub saxlamaq İrəvan üçün çox vacibdir və Azərbaycan xarici işlər naziri ilə görüş barədə razılıq əldə olunub.
Qeyd edək ki, bundan əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını bildirmişdi.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


