Sarkisyanın qardaşı axtarışa verildi

Sarkisyanın qardaşı axtarışa verildi
  07 İyul 2018    Oxunub:6039
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun qızı Ani Sarkisyan axtarışa verilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Bildirilib ki, məhkəmənin qərarı ilə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçilib. Ani Sarkisyan və onun qardaşı Narekdən isə başqa yerə getməmək haqqında iltizam alınıb. Artıq Levon və Ani Sarkisyan barəsində axtarış elan olunub.

Qeyd edək ki, Levon Sarkisyan və qızı Ani Sarkisyan qanunsuz varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilir.

AzVision.az


Teqlər: Sarkisyan  





Xəbər lenti