FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat keçirilib

FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat keçirilib
  08 İyul 2018    Oxunub:3009
Türkiyə hüquq mühafizə orqanları 14 rayonda FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar zamanı FETÖ-nün Türkiyə Ordusundakı gizli əlaqələri aşkar edilib.

Kahramanmaraşda xidmətdə olan xeyli sayda zabit, gizir və çavuş saxlanılıb. Bundan başqa, FETÖ ilə ordudakı adamları arasında əlaqə yaradan “təşkilatın imamları” həbs olunub.

Qeyd edək ki, “təşkilatın imamları” orduda mühüm vəzifələrdə çalışırlarmış. Saxlanılan şəxslərlə bağlı araşdırma Ağır Cinayətlərə dair Məhkəmədə aparılır.

AzVision.az


Teqlər: Türkiyə   FETÖ  



Xəbər lenti