Yaponiyada təbii fəlakət: 81 nəfər ölüb

Yaponiyada təbii fəlakət: 81 nəfər ölüb
  08 İyul 2018    Oxunub:2561
Yaponiyada leysan yağışları və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət zamanı azı 60 nəfər itkin düşüb.

Qeyd edək ki, Yaponiyanın cənub-qərbindəki Hirosima, Okayama, Yamaquti və Ehime prefekturalarında leysan torpaq sürüşmələrinə səbəb olub. 1,6 milyondan çox insanın evakuasiya olunması barədə hökumət göstəriş verib.

İtkin düşənlərin axtarışına və xilasetmə əməliyyatlarına 48 min polis, xüsusi xilasetmə xidməti və özünümüdafiə qüvvələri cəlb olunub.

AzVision.az


Teqlər: Yaponiya  





Xəbər lenti