Novruz Məmmədov Ərdoğanın andiçməsində iştirak edəcək

Novruz Məmmədov Ərdoğanın andiçməsində iştirak edəcək
  09 İyul 2018    Oxunub:2547
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək.

Azərbaycanı andiçmə mərasimində baş nazir Novruz Məmmədov təmsil edəcək.

AzVision.az


Teqlər: Türkiyə   Novruz-Məmmədov  



Xəbər lenti