Abenin Avropa və Afrika turnesi təxirə salındı

Abenin Avropa və Afrika turnesi təxirə salındı
  09 İyul 2018    Oxunub:2532
Yaponiyada leysanın səbəb olduğu fəlakətlə əlaqədar baş nazir Şinzo Abe bu həftə Avropa və Afrikaya nəzərdə tutulan turnesini təxirə salmalı olub.
AzVision.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, Abe Belçika, Fransa, Səudiyyə Ərəbistanı və Misirə səfərinin vaxtını dəyişəcək.

Yaponiya baş naziri Avropa və Afrika ölkələrini 11-18 iyul tarixlərində ziyarət etməli idi.

Qeyd edək ki, Yaponiyanın cənub-qərb prefekturalarındakı leysan və onun səbəb olduğu torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 100-ü keçib. Təbii fəlakət zamanı azı 79 nəfər itkin düşüb. 1,6 milyondan çox insanın evakuasiya olunması barədə hökumət göstəriş verib. İtkin düşənlərin axtarışına və xilasetmə əməliyyatlarına 54 min polis, xüsusi xilasetmə xidməti və özünümüdafiə qüvvələri cəlb olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yaponiya   Avropa  





Xəbər lenti