Putinlə görüşdə Trampı kimlər müşayiət edəcək?

Putinlə görüşdə Trampı kimlər müşayiət edəcək?
  09 İyul 2018    Oxunub:1923
Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüşdə iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi bəlli olub.
AzVision.az Amerika KİV-nə istinadən xəbər verir ki, Trampı Fox News telekanalının sabiq rəhbəri, hazırda Ağ Evin kommunikasiya məsələləri üzrə direktoru Bill Şayn, Ağ Evin aparat rəhbəri Con Kelli, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton, siyasi məsələlər üzrə köməkçi Stiven Miller və digərləri müşayiət edəcək.

Nümayəndə heyətinin siyahısını əldə edən "Politico" qəzeti xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo, həmçinin Trampın qızı İvanka və kürəkəni Cared Kuşner Putinlə görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, Trampla Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Helsinki  





Xəbər lenti