Britaniya hökumətində Brexitə görə ilk istefa

Britaniya hökumətində Brexitə görə ilk istefa
  09 İyul 2018    Oxunub:1949
Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Devid Devis ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı baş nazir Tereza Teylə yaşanan zidiyyətə görə istefa verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin istefası ilə bağlı məktubunu "Sly News" telekanalı nümayiş etdirib.

İstefa məktubunda Devis qeyd edib ki, son bir il ərzində baş nazirin siyasi kursu ilə razılaşmaması üçün bir sıra səbəbləri olub. Britaniyanın Aİ-dan çıxmasının bütün mərhələlərində kollektiv məsuliyyətin vacibliyini vurğulayan Devisin fikrincə, hazırkı siyasi istiqamət və taktikalar bunu daha az mümkün edir.

Devisin ardınca Britaniya parlamentinin bir neçə üzvü də istefa verib. Baş nazir Tereza Mey isə Devisin istefasına görə təəssüfləndiyini bildirib.

Qeyde edək ki, 64 yaşlı Devid Devis 2016-cı ildən “Brexit” məsələləri üzrə nazir təyin edilib. O, 2016-cı ilin yayında Böyük Britaniyada keçirilən referendumdan sonra ölkənin Avropa İttifaqından çıxması üzrə danışıqlara rəhbərlik edib. Onun istefasından bir neçə gün əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey söz vermişdi ki, əgər ölkənin Avropa İttifaqından rahat yolla çıxışına dair onun planını pozmağa çalışsalar, xarici işlər naziri Boris Consonu və digər nazirləri istefaya göndərəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Britaniya   Brexit   Avropa  





Xəbər lenti