Bakının 32 məktəbində şagird sıxlığı var

Bakının 32 məktəbində şagird sıxlığı var
  09 İyul 2018    Oxunub:1944
"Təhsil haqqında" qanuna edilən dəyişikliklə 6 yaşı təqvim ilində tamam olacaq uşaqların qəbulu məktəblərdə şagird sıxlığı yarada bilər.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, bu gün ölkə üzrə şagird sıxlığı yalnız müəyyən məktəblərdə, xüsusilə Bakı məktəblərində müşahidə edilir.

"Paytaxtın 32 məktəbində şagird sıxlığının olduğunu hər zaman demişik. "Təhsil haqqında" qanunda edilən dəyişikliklə təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqları məktəbə qəbul etməliyik. Təbii ki, bu, müəyyən ərazilərdə az sayda sıxlıqla nəticələnə bilər. Təqvim ili ərzində 6 yaşı tamam olacaq uşaqların məktəbə qəbul olunması gözlənilən idi və onlar üçün lazımi şəraiti yaratmaq borcumuzdur. Növbəti dərs ilində uşaqların ərazi prinsipi üzrə məktəbə qəbulu ciddi diqqət mərkəzində olacaq. Sıxlıq müşahidə edilən məktəblərdə uşaqların I sinifə qəbulu ərazi prinsipi üzrə həyata keçiriləcək. Yerlər qalarsa, o zaman vakansiya elan olunacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Məhəbbət-Vəliyeva   Nazir-müavini  





Xəbər lenti