Rusiya Suriya müxalifətini köçürür

Rusiya Suriya müxalifətini köçürür
  09 İyul 2018    Oxunub:2019
Rusiya hərbçiləri Suriyanın cənub-qərbindəki təhlükəsizlik zonlarından min nəfərədək insanı təxliyə edəcək.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Daraa şəhəri yaxınlığındakı humanitar dəhliz vasitəsilə təxliyə olunacaq müxalif üsyançılar və onların ailə üzvləri Suriyanın şimalındakı İdlib əyalətinə köçürüləcəklər.
Bildirlib ki, Suriyanın cənub-qərbində 90-dan çox rayon və kənd atəşkəsə razılıq verib.

Qeyd edək ki, ötən həftə Rusiya ilə üsyançılar arasında əldə olunan atəşkəs barədə razılığa əsasən, Suriyanın cənub-qərbindəki Deraa və Kuneytra rayonlarında Bəşər Əsədin hökuməti qüvvələrinə müqavimət göstərən müxalifətçilər silahlarını təslim etdikdən sonra ailələrini də götürüb Rusiyanın onlara verdiyi təhlükəsizlik zəmanəti ilə Suriyanın üsyançıların məskunlaşdığı şimal ərazilərinə getməli idilər.

Silahlı müxalifətin təslim olması nəticəsində Bəşər Əsəd hökumətinin Suriyanın İordaniya ilə əsas sərhəd-keçid məntəqəsi üzərində suverenliyi bərpa olunub. Artıq İordaniya ilə sərhəddə Suriya bayrağı qaldırılıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Rusiya   İdlib  





Xəbər lenti