Mayk Pompeodan gözlənilməz səfər

Mayk Pompeodan gözlənilməz səfər
  09 İyul 2018    Oxunub:2174
ABŞ dövlət katibi Mayk Pompeo Əfqanıstana elan olunmamış qəfil səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə TASS agentliyi Ariana telekanalına istinadən məlumat yayıb.

Telekanalın məlumatına əsasən, Pompeo Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşmək üçün bu gün paytaxt Kabilə gəlib.

ABŞ dövlət katibinin Əfqanıstanın digər rəsmilərilə də görüşəcəyi və əfqan silahlı qüvvələrinə dəstək, həmçinin ABŞ-ın Əfqanıstana yardımı məsələsini müzakirə edəcəyi bildirilir.

Əfqanıstana qəfil səfərinin sonunda Pompeonun jurnalistlrə açıqlama verəcəyi gözlənilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti