Paşinyan oğlunu Qarabağa əsgər göndərdi

Paşinyan oğlunu Qarabağa əsgər göndərdi
  09 İyul 2018    Oxunub:5199
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün oğlu Aşotu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə yola salıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Paşinyan bununla "qürur" duyduğunu və öz oğlunu orduda xidmət edən digər əsgərlərdən ayırmadığını deyib.
Bu prosesdə Paşinyanı Ermənistanın müdafiə naziri David Tonoyan müşayiət edib. Tonoyan əmin edib ki, əvvəlki vaxtlardan fərqli olaraq, onun rəhbərliyi dövründə heç bir məmur övladı orduda xidmətdən yayına bilməyəcək.

Hətta Paşinyandan “nümunə” götürən Tonoyan da yaxın günlərdə öz oğlunu hərbi xidmətə göndərəcəyini söyləyib. Lakin oğlunun harada xidmət çəkəcəyini açıqlamayıb.

Rəsmi Bakı isə Ermənistanın baş nazirinin öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməyə göndərməsini növbəti populizm cəhdi kimi qiymətləndirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti