Afrikada tarixi sülh: Müharibəyə son qoyuldu
Hər iki ölkənin lideri arasında imzalanan “Sülh və Dostluğa dair Birgə Bəyannamə”dən sitat gətirən Qebremeskel yazıb ki, “ölkələr arasında hökm sürən müharibə vəziyyəti son çatdı. Sülh və dostluğa söykənən yeni dövr başlayır.”
Həmçinin vurğulayıb ki, Efiopiya və Eritreya siyasi, iqtisadi, sosial, mədəni və təhlükəsizlik sahələrində sıx əməkdaşlığı inkişaf etdirmək üçün işə başlayacaqlar.
Bu gün Asmara şəhərində görüşərək sülh bəyannaməsi imzalayan Efiopiya baş naziri Abiy Əhməd və Eritreya prezidenti İsaias Afverki isə bəyan ediblər ki, illərdir davam edən müharibə vəziyyətindən sonra ölkələri arasında diplomatik, ticarət, nəqliyyat və kommunikasiya əlaqələri bərpa olunacaq və sərhədlər yenidən açılacaq.
Qeyd edək ki, 1993-cü ildə Efiopiyadan ayrılaraq Eritreyanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında sərhəd məsələləri üzündən ziddiyyətlər yaranmışdı. Nəticədə 1998-2000-ci illərin müharibəsində on minlərlə insan həyatını itirmişdi. Lakin 2000-ci ildə Əlcəzirədə iki ölkə arasında imzalanan müqavilədən sonra Efiopiyanın bəzi mübahisəli ərazilərdən çəkilməyi rədd etməsi nəticəsində münaqişə indiyədək davam edib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Afrika Efiopiya Eritreya







Vaxtında, Aydın, Lazımlı!


