İlham Əliyev Ərdoğanı Zaqulbada qarşılayacaq - Səfər proqramı

İlham Əliyev Ərdoğanı Zaqulbada qarşılayacaq - Səfər proqramı
  10 İyul 2018    Oxunub:7119
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb.

AzVision.az xəbər verir ki, Ərdoğan səfəri çərçivəsində ilk olaraq Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Zaqulba iqamətgahında rəsmi qarşılanacaq.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüş keçirəcəklər. Sonda prezidentlərin birgə mətbuat konfransı olacaq.

Qeyd edək ki, bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti