KTMT-nın baş katibi istintaqa cəlb olunacaq

  10 İyul 2018    Oxunub : 1770
KTMT-nın baş katibi istintaqa cəlb olunacaq
Ermənistanın xüsusi istintaq xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının baş katibi Yuri Xaçaturovu 2008-ci il İrəvanda baş verən 1 mart hadisələri ilə bağlı şahid qismində istintaqa ifadə vermək üçün çağırıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Xaçaturov istintaqa iyulun sonunda ifadə verəcək.

Qeyd edək ki, Yuri Xaçaturov 2008-ci il martın 1-də Ermənistan Silahlı Qüvvələrinin Yerevan qarnizonuna rəhbərlik edib. O, 2017-ci ildən KTMT-nin baş katibidir.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: KTMT