Erməni nazir Məmmədyarovla görüşünün məqsədini açıqladı

Erməni nazir Məmmədyarovla görüşünün məqsədini açıqladı
  10 İyul 2018    Oxunub:2510
"Azərbaycan xarici işlər naziri Elmar Məmədyarovla sabahkı görüşdə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin dinamikliyini qoruyub saxlamaqdır"

AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarci işlər naziri Zohrab Mnatsakanyan jurnalistlərə açıqlamasında deyib.
Yaxın zamanlarda Ermənistan və Azərbaycan rəhbərlərinin görüşünün keçirilə biləcəyilə bağlı suala Mnatsakanayan "ilk növbədə sabahkı görüşü gözləyirik", - deyə cavab verib.

Xatırladaq ki, sabah Brüsseldə Minsk qrupunun həmsədrlərinin iştirakilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə Bakı ilə İrəvan arasında nazirlər səviyyəsində aparılan ilk danışıqlar olacaq.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti