TQDK nəticələri açıqladı

TQDK nəticələri açıqladı
  05 Mart 2013    Oxunub:2080
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistratura imtahanlarının nəticələrini açıqlayıb.
Azvision.az-a komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, 2013/2014-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.

Mətbuat xidmətindən bildiriblər ki, nəticələr bu gün 17:15-dən etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Hər bir bakalavr TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola bilər.
Bakalavrlar imtahan nəticələri haqda məlumatı bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə da öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün 21623 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 526 nəfər imtahana gəlməmiş, 20 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub.

İmtahanda 21077 nəfər iştirak edib.

İmtahanda ən yüksək nəticə isə 97 bal olub.



Teqlər:  





Xəbər lenti