Daha bir terror aktı - Azı 10 nəfər ölüb

Daha bir terror aktı - Azı 10 nəfər ölüb
  10 İyul 2018    Oxunub:2196
Əfqanıstanın Cəlilabad şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ən azı 10 nəfər ölüb. Ölənlərin əksəriyyəti uşaqlardır.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, terrorçu yanacaq doldurma məntəqəsinin yaxınlığında özünü partlatdığından güclü yanğın baş verib.

Nəticədə 8 avtomobil tamamilə yanıb. Dünyasını dəyişən uşaqlar isə yanacaq doldurma məntəqəsinin yanındakı avtomobil yuma mərkəzində işləyənlər olub.

Hələlik Əfqanıstanda fəaliyyət göstərən heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   terror  





Xəbər lenti