“Putin düşmənim deyil, rəqibimdir" - Tramp

“Putin düşmənim deyil, rəqibimdir" - Tramp
  10 İyul 2018    Oxunub:3308
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini düşmən kimi yox, özünə rəqib görür.
AzVision.az CNN-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərin “Putini dost, yoxsa düşmən hesab edirsiniz?” sualını cavablandırarkən deyib. Bildirib ki, Rusiya prezidenti onun üçün rəqibdir.

Qeyd edək ki, Trampla Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.

Tramp bəyan edib ki, onun Putinlə görüşü Avropa turnesinin ən asan hisəsi olacaq və ikitərəfli danışıqlar çox yaxşı keçəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Helsinki  





Xəbər lenti