Makedoniya rəsmən NATO-ya daxil olur

Makedoniya rəsmən NATO-ya daxil olur
  10 İyul 2018    Oxunub:2782
NATO-nun 11-12 iyulda keçiriləcək Brüssel sammitində alyansın üzv ölkələrinin liderləri Makedoniyanı bu quruma rəsmən daxil olmağa dəvət edəcəklər.
AzVision.az bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Müttəfiqlər sammitdə Makedoniyanın alyansa dəvət olunduğunu elan edəcəklər,”- deyə Stoltenberq bildirib.

Lakin ötən ay verdiyi açıqlamada Stoltenberq Makedoniyanın NATO-ya qəbulu prosesinin il yarım çəkəcəyini demişdi. Bildirmişdi ki, Makedoniya Konstitusiyasında ölkənin adı ilə bağlı dəyişiklik edildikdən sonra, bu ölkəni NATO-ya rəsmən dəvət edə bilərlər.

Xartırladaq ki, Makedoniyanın NATO və Avropa ittifaqına qoşulmasına Yunanıstan əngəl yaradır. Afina Makedoniyanın adının dəyişdirilərək “Şimali Makedoniya Respublikası” adlandırılacağı təqdirdə Skopyenin həmin qurumlara üzvlüyünə "yaşıl işıq" yandıracağını deyib. Bu günlərdə iki ölkə arasında bu məsələ ilə bağlı 25 illik mübahisədə razılıq əldə edilib və baş nazirləri səviyyəsində müqavilə imzalanıb. Lakin Makedoniya parlamenti sənədi ratifikasiya etsə də, ölkə prezidenti onu imzalamayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Makedoniya  





Xəbər lenti