Ərdoğan: “İlham Əliyev FETÖ ilə mübarizəyə dəstək verib”
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Türkiyə prezidenti Azərbaycan prezidenti İlham Əliyevin FETÖ ilə mübarizəyə dəstək verdiyini deyib: "İlham qardaşımın FETÖ ilə mübarizəyə dəstək verməsini təqdir edirəm. Onun həssaslığı, qarşılıqlı koordinasiya ilə bir çox problemləri həll etdik”.
Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əlindən nə gəlirsə, onu etməyə hazırdır və bu günə qədər bunu edib.
Elvin Abdulqədirov
AzVision.az