Əsədin ordusu İdlibi bombaladı

Əsədin ordusu İdlibi bombaladı
  10 İyul 2018    Oxunub:2525
Suriyada hökumət qüvvələri ölkənin şimalındakı İdlib təhlükəsizlik bölgəsinə hava zərbələri endirib.
AzVision.az xarici KİV-nə istinadən xəbər verir ki, hava hücumu nəticəsində 5 dinc sakin dünyasını dəyişib, 24 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Suriyanın şimal-şərqində yerləşən və suriyalı silahlı müxalifətlə terrorçuların nəzarətində olan İdlib əyaləti 2017-ci ilin 4-5 mayında keçirilən Astana danışıqlarında Suriyada atəşkəsə qarant ölkələr - Rusiya, Türkiyə və İranla Dəməşq və müxalifət arasında əldə olunan razılığa əsasən təhlükəsizlik zonası statusu alıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   İdlib   Astana  





Xəbər lenti