Bakıda qətl törədilib

Bakıda qətl törədilib
  16 Oktyabr 2013    Oxunub:1224
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi, Binəqədi şosesi-4 ünvanında qeydə alınıb.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Məzahir oğlu Əliyev şəxsi münaqişə zəminində tanışı, 1991-ci il təvəllüdlü Əli Natiq oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən T.Əliyev saxlanılıb. Qətlin motivi hələlik açıqlanmır.

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən Ə.Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti