XİN: Yaponiyada ölənlər arasında azərbaycanlı yoxdur

XİN: Yaponiyada ölənlər arasında azərbaycanlı yoxdur
  11 İyul 2018    Oxunub:2156
"Yaponiyada baş verən sel fəlakəti zamanı həlak olanların içərisində azərbaycanlı yoxdur".
AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə saxlanılıb: "Səfirlikdən aldığımız məlumata görə, hadisə nəticəsində həlak olanlar arasında azərbaycanlılar yoxdur. Bir daha Yaponiya hökumətinə həlak olanlarla bağlı başsağlığı veririk".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: XİN   Yaponiya  





Xəbər lenti