ABŞ iki ölkəyə 740 milyonluq raket verir

ABŞ iki ölkəyə 740 milyonluq raket verir
  11 İyul 2018    Oxunub:2770
ABŞ Dövlət Departamenti Danimarka və Böyük Britaniyaya aviasiya raketlərinin satışına icazə verib. Razılaşmaların dəyəri ümumilikdə 740 milyon dollardır.
AzVision.az bildirir ki, bu barədə Pentaqonun müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq üzrə agentliyindən məlumat verilib.

Britaniya hava-hava tipli 200 ədəd AIM-120D raketi, Danimarka isə eyni raketdən 28-ni almaqla bağlı müraciət edib. Raketlər üçün London 650, Kopenhagen isə 92 milyon dollar ödəyəcək. Bu raketlər "F-16" və "F-35" qırıcıları üçün nəzərdə tutulub.

Hər iki ölkə ilə imzalanacaq müqavilələr üzrə sifarişləri ABŞ-ın Arizona ştatındakı “Raytheon Missile Systems” şirkəti icra edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Britaniya   Danimarka   raket   F-35  





Xəbər lenti