"Biryulevo qatili"nin həbs edilməsi məsələsinə sabah baxılacaq

"Biryulevo qatili"nin həbs edilməsi məsələsinə sabah baxılacaq
  16 Oktyabr 2013    Oxunub:1354
RF İstintaq Komitəsi: "Biryulevo qatili"nin həbs edilməsi məsələsinə sabah baxılacaq.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Azərbaycanlı Orxan Zeynalov dindirmə zamanı ölüm hadisəsi üzrə ifadə verərək bildirib ki, məhz o, Yeqor Şerbakova bıçaq zərbəsi endirib.

Müstəntiqlər bildiriblər ki, Moskvanın Biryulevo rayonunda bir nəfər gənci öldürməkdə şübhəli bilinərək saxlanılan O.Zeynalov cinayət törətdiyini etiraf edib.
RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin qeyd edib: "Dindirmə zamanı Orxan Zeynalov ölüm hadisəsi üzrə ifadə verib və bildirib ki, məhz o, oktyabrın 10-u gecə Yeqor Şerbakova bıçaq zərbəsi endirib".

O, əlavə edib ki, O.Zeynalovun həbs edilməsi məsələsinə oktyabrın 17-də baxmaq planlaşdırılır.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.


Teqlər:  





Xəbər lenti