Məzahir Pənahov ATƏT/DTİHB-ni tənqid etdi

Məzahir Pənahov ATƏT/DTİHB-ni tənqid etdi
  16 Oktyabr 2013    Oxunub:986
Məzahir Pənahov: ATƏT/DTİHB-nin missiyası öz gördüyünü deyil, başqasını yazıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatına münasibət bildirib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib ki, DTİHB-nin missiyası öz gördüyünü qoyub başqasını yazıb: "Biz neçə ildir deyirik ki, bu missiyanı belə gülünc vəziyyətə salmayın. Artıq Büroya hər kəs gülür. Onlar Avropada müxtəlif tədbirlərdən izolyasiya olunublar".

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyası bir qayda olaraq qərəzli mövqe nümayiş etdirən ATƏT/DTİHB ilə gələcəkdə əməkdaşlıq edilməsi məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qaldığını bəyan etmişdi.


Teqlər:  





Xəbər lenti