ABŞ-ın qlobal gücünün səbəbi açıqlandı

ABŞ-ın qlobal gücünün səbəbi açıqlandı
  11 İyul 2018    Oxunub:2777
"ABŞ silhalı qüvvələrinin Avropadakı mövcudluğu onun qlobal güc olmasına və öz qüdrətini əks etdirməsinə imkan verir. Bu, həm Avropa, həm də ABŞ-ın özü üçün yaxşıdır"
AzVision.az xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bu gün alyansın Brüsseldə keçirilən sammitində deyib.

“Bu (silahlı qüvvələrin mövcudluğu – red.) ABŞ-a qlobal güc olmağa və Asiyada, Yaxın Şərqdə öz qüdrətini əks etdirməyə imkan verir. Dünyanın heç bir iri dövləti ABŞ kimi çoxlu müttəfiqə malik deyil.” – deyə Stoltenberq bildirib.

O, həmçinin ümid edib ki, alyansın üzvləri arasında ticarət sahəsində ziddiyyətlərin olmasına baxmayaraq, bu dəfəki sammitdə də NATO ölkələri müdafiə xərclərinin artırılmasına sadiq qaldıqlarını bir daha təsdiqləyəcəklər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   ABŞ   Avropa  





Xəbər lenti