Ərəbistanla İran arasında növbəti gərginlik

Ərəbistanla İran arasında növbəti gərginlik
  11 İyul 2018    Oxunub:3308
Səudiyyə Ərəbistanı İran gəmilərinin mütəmadi şəkildə onun Fars körfəzindəki neft yataqlarının yerləşdiyi akvatoriyasına keçməsilə bağlı BMT-yə şikayət edib.
AzVision.az xəbər ki, bu barədə Krallığın “WAM” agentliyi məlumat yayıb.

Məlumata əsasən, İrana məxsus gəmi və qayıqlar Səudiyyə Ərəbistanının ərazi sularındakı neft platforması və yataqlarının yaxınlığında yerləşən qapalı ərazilərə dəfələrlə “hücum edib”. Lakin həmin gəmilərin hərbi, yoxsa mülki olması bildirilmir.

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim bəyan edib ki, Ər-Riyadın Tehran və BMT baş katibinə ünvanladığı əvvəlki etiraz notalarına rəğmən, bu cür pozuntuların sayı durmadan artır. O, həmçinin vurğulayıb ki, ölkəsi məsələ ilə bağlı bütün lazımı tədbirləri görəcək və ərazi sularındakı bu cür pozuntulara görə yarana biləcək istənilən zərərdə bütün məsuliyyət İrandakı rejimin üzərində qalacaq.

Ər-Riyadın şikayətilə bağlı Tehran hələ ki heç bir açıqlama verməyib.

Qeyd edək ki, İranla Fars körfəzindəki dəniz sərhəddi məsələsində Səudiyyə Ərəbistanı şah rejimilə imzalanan 1968-ci il müqaviləsinə istinad edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   İran   BMT  





Xəbər lenti