İsti hava İrəvanı işıqsız qoydu

İsti hava İrəvanı işıqsız qoydu
  11 İyul 2018    Oxunub:2807
Ermənistanın paytaxtı İrəvanda yerləşən yarımstansiyada baş verən qəza nəticəsində şəhərin böyük bir hissəsi işıqsız qalıb.
AzVision.az bildirir ki, bu barədə “Ermənistanın elektrik şəbəkələri” ndən xəbər verilib.

Qəza səbəbindən İrəvanın Əmiryan küçəsi və digər mərkəzi küçələrə elektrik enerjisinin verilməsi dayandırılıb

“Ermənistanın elektrik şəbəkələri” bildirib ki, qəzanın nəticələri aradan qaldırıldıqdan sonra bu gün axşam saatlarında elektrik enerjisinin verilməsi bərpa oluna bilər.

Qeyd edək ki, sinoptiklər bu gün Ermənistanda istilərin pik həddə çatacağilə bağlı xəbərdarlıq etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   elektrikenerjisi  





Xəbər lenti