Qurban bayramı Füzulidə

Qurban bayramı Füzulidə
  16 Oktyabr 2013    Oxunub:1221
Qurban bayramı Füzulidə də geniş qeyd edilib.
Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təntənəsi olan müqəddəs Qurban bayramı Füzuli rayonunda da təntənə ilə qeyd edildi.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, rayonun Bala Bəhmənli kəndində aztəminatlı və şəhid ailələri üçün bayram süfrəsi açılıb. Çıxış edənlər mərasim iştirakçılarını müsəlmanların mənəvi birliyi, saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə təbrik edərək, onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzuladı. Mərasimdə bayramın fəzilətlərindən danışıldı, dualar oxundu.

Rayonun 38 yaşayış məntəqəsində də aztəminatlı ailələr üçün bayram süfrələri təşkil edilib.

Bayram münasibətilə qurbanlıq heyvanlar kəsildi, baytar müayinəsindən keçirildikdən sonra daha çox ehtiyacı olan 200 ailəyə və 370 şəhid ailəsinə paylanıb.

Qurban bayramı münasibətilə rayon icra hakimiyyətinin təşəbbüsü ilə Bakı, Sumqayıt şəhərlərində, Abşeron, Beyləqan, İmişli rayonlarında məskunlaşan 530 Qarabağ müharibəsi əlili, şəhid və imkansız füzulili məcburi köçkün ailələrinə də ərzaq bağlaması ilə birlikdə qurban payları göndərildi.


Teqlər:





Xəbər lenti