Adnan Oktarın lüks həyatı - FOTOLAR

Adnan Oktarın lüks həyatı - FOTOLAR
  12 İyul 2018    Oxunub:9065
Ötən gün səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılan, özünü ilahiyyatçı adlandıran Adnan Oktarın mülklərinə həbs qoyulub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 11-40 yaş arasında 40 nəfərin şikayəti əsasında tutulan Adnan Oktarın 235 nəfərlik dəstəsi də saxlanılıb.

Oktarın evində aparılan axtarış zamanı tarixi əsərlərlə yanaşı, 18 bahalı avtomobil aşkar edilib. Maşınların dövlət tərəfindən müsadirə edilməsinə qərar verilib.



Bundan əlavə, A.Oktarın meşə ərazisindəki evinə 750 metrlik xüsusi yol salındığı məlum olub.

Qeyd edək ki, dünən Türkiyədə Harun Yahya adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar saxlanılıb. İstanbul daxil olmaqla 5 regionda aparılan əməliyyat nəticəsində Adnan Oktar tərəfdarı olduğu bilinən 235 nəfər tutulub.



Adnan Oktar cinayət törətmək məqsədilə dəstə yaratmaq, uşaqlara təcavüz, uşaqların oğurlanması, şantaj, siyasi və hərbi casusluq, dini inancdan istifadə edərək insanları aldatma və çirkli pulların yuyulmasında ittiham olunur.





































Aytən Zəhra
AzVision.az


Teqlər: Adnan-Oktar  





Xəbər lenti